19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli valyutalarda hesablaşmalar Rusiya ilə ticarət dövriyyəsinin artmasına səbəb olacaq

Milli valyutalarda qarşılıqlı hesablaşmalara keçid Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq.

Bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Çeçenistanın Qroznı şəhərində Qafqaz İnvestisiya Forumu çərçivəsində keçirilən “Avrasiyadakı tərəfdaşlarla beynəlxalq əməkdaşlığın inkişafı üçün Qafqazın rəqabət üstünlükləri” adlı dəyirmi masada çıxış edərkən deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycanın Rusiya Federasiyasına ixracında milli valyuta ilə ödənişlərin xüsusi çəkisi artıq 70 faizdən çox, Rusiyanın Azərbaycana ixracında isə təxminən 50 faiz təşkil edir.
Sahib Ələkbərov Rusiyanın Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkələr arasında sərbəst ticarət rejimi mövcuddur ki, bu da ticarət dövriyyəsinin artmasına kömək edir və işgüzar dairələr arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Statistikaya görə, 2023-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 4,4 milyard ABŞ dolları, 2024-cü ilin yanvar-may aylarında isə 1,7 milyard dollar təşkil edib.

Nazir müavini xarici iqtisadi əlaqələrin və ikitərəfli əməkdaşlığın inkişafında investisiya əməkdaşlığının əhəmiyyətini qeyd edib. Belə ki, bu gün Rusiya Federasiyasından Azərbaycana yatırılan birbaşa investisiyaların həcmi 9,1 milyard dollara, Azərbaycandan Rusiyaya isə 1,2 milyard dollara çatıb. Ümumiyyətlə, Rusiyada, həmçinin Qafqazda investisiya layihələrini uğurla həyata keçirir.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?