27 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Azərbaycan Dəmir Yolları" QSC barəsində işə baxılma yekunlaşıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəqabət mühitinin qorunması, hökmran mövqedən sui-istifadə və inhisarçı davranışlarla mübarizə tədbirləri çərçivəsində müxtəlif bazarlarda rəqabət qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirir.

Bu xüsusda təsərrüfat subyektlərindən daxil olan şikayətlər əsasında Dövlət Xidməti tərəfindən ekspeditor xidmətləri və konteyner daşımaları bazarında təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması və onlara qarşı dempinqin tətbiqi üçün şərait yaradılması, müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi, kontragentə (qarşı tərəf) sərfəli olmayan müqavilə şərtlərinin məcburi qəbul etdirilməsi, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan üfüqi və şaquli sazişlərin bağlanması, rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması əlamətləri ilə bağlı araşdırmalar aparılıb. Nəticədə "Azərbaycan Dəmir Yolları" QSC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İşə baxılma zamanı müvafiq sahədə təbii inhisar subyekti olan “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müvafiq bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin yüklərin daşınması ilə bağlı verdiyi sifarişlərdən əsassız olaraq imtina edildiyi, tabeliyində olan təsərrüfat subyektinə yüklərin daşınması ilə bağlı dempinqin tətbiqi üçün şərait yaradıldığı və infrastrukturdan istifadə ilə bağlı xüsusi güzəştlərin tətbiq edildiyi aşkarlanıb. “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən qeyd edilən inhisarçı davranışlar nəticəsində bazarda fəaliyyət göstərən digər təsərrüfat subyektlərinin fəaliyyət və rəqabət imkanlarının məhdudlaşdırıldığı, təbii inhisar subyektinin tabeliyində olan törəmə müəssisələrinə birtərəfli rəqabət üstünlüklərinin qazandırıldığı müəyyənləşdirilib.

“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu əsas götürülərək “Azərbaycan Dəmir Yolları” QSC-yə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 24 iyun 2024-cü il tarixində 246 241 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub və müvafiq bazarda sahə inhisarçılığı hallarının aradan qaldırılması məqsədilə bir sıra icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, hazırda təbii inhisar subyektlərinin fəaliyyətinin əsasları 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir.

VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir?