8 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəkidə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

18-20 iyul tarixlərində Şəki şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri iyulun 15-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Şəki” qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanacaq.

“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını artırmaqdır. Yarmarka həmçinin həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin, sənətkarların və yaradıcı şəxslərin məhsullarının satışına dəstək olmağı, istehsalçı və təchizatçı şirkətləri bir platformada toplamaqla onlar arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunacaq.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?