15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda özəlləşdirmə və icarədən büdcəyə 1,4 milyon manata yaxın vəsait daxil olub

Bu ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikasında aidiyyəti dövlət qurumları ilə müqavilələr imzalanıb, 5 qeyri-yaşayış obyektinin, 15 torpaq sahəsinin, 1 nəqliyyat vasitəsinin və 1 faydalı qazıntı yatağı olmaqla 22 əmlakın hərracla satışı təşkil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasının rəsmi nəşri xəbər verir ki, bunu "Naxçıvan Muxtar Respublikasında şəffaf və rəqabətli hərraclar” mövzusunda tədbirdə muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Onun sözlərinə görə, qeyd olunan müddət ərzində keçirilən hərraclardan daxil olan xidmət haqqı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə artıb.

“Hesabat dövründə 102 dövlət əmlakının özəlləşdirilməsi başa çatdırılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,8 dəfə çoxdur. Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 911,9 min manat təşkil edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə çoxdur”, - A.İsmayılov qeyd edib.

Bildirilib ki, cari ilin birinci yarımili ərzində dövlət əmlakının idarə edilməsi üzrə qeyri-yaşayış sahələrindən qanunvericilik çərçivəsində istifadə edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib, daşınmaz dövlət əmlakının istifadəsi ilə bağlı 30-u qeyri-yaşayış, 29-u isə torpaq sahəsi üzrə olmaqla 59 icarə müqaviləsi bağlanılıb, 65 icarə müqaviləsinin müddəti uzadılıb və 36 icarə müqaviləsinə xitam verilib. Dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 137,3 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 faiz çoxdur. Ümumilikdə cari ilin 6 ayında özəlləşdirmədən və icarədən 1,4 milyon manata yaxın vəsait daxil olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?