23 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” hasilatın pay bölgüsü haqqında Saziş üzrə səlahiyyətlərinin icrasına başlayıb

Məlum olduğu kimi, Milli Məclis tərəfindən ratifikasiya olunan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 21 iyun 2024-cü il tarixində təsdiq edilən Qanuna əsasən, Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının R.V. Investment Group Services, LLC arasında bağlanmış Sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə ötürülüb.

QSC-dən verilən məlumata görə, məqsəd Saziş üzrə işlərin icrasında R.V. Investment Group Services, LLC ilə dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti arasında səmərəli əməkdaşlığın təmin edilməsidir. Sazişin şərtlərinə əsasən, “AzerGold” QSC R.V. Investment Group Services, LLC-yə hüquq və mənafelər vermək, fəaliyyətin səmərəli təşkil edilməsinə nəzarət etmək, mədən-filiz əməliyyatlarının həyata keçirilməsi üçün hökumət orqanları ilə əməkdaşlığı təmin etmək və digər öhdəlikləri daşıyır.

Saziş sahələrində mədənlərin idarəolunması, geoloji kəşfiyyat, hasilat, istehsalat, həmçinin ətraf mühitin mühafizəsi, yerli icmalarla işin təşkili, korporativ sosial məsuliyyət və digər istiqamətlərdə R.V. Investment Group Services, LLC tərəfindən fəaliyyət “AzerGold” QSC-nin nəzarəti ilə icra ediləcək. “AzerGold” QSC operator şirkətin dağ-mədən fəaliyyətinin yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun icrasını təmin edəcək.

Artıq QSC tərəfindən Sazişdən irəli gələn məsələlərin həlli, fəaliyyətin operativ təşkili, müxtəlif fəaliyyət istiqamətlərində Sazişin tələblərinin müəyyən edilməsi məqsədilə işlərə başlanılıb. Belə ki, qeyd edilən məqsədlər nəzərə alınaraq “AzerGold” QSC-nin nəzdində yaradılan İşçi qrupa bir ay müddətində fəaliyyətin təşkil edildiyi sahələrə, o cümlədən infrastruktura ümumi baxışın keçirilməsi, Saziş çərçivəsində görülən işlərin və mövcud vəziyyətin təhlil edilməsi, görülməsi zəruri olan tədbirlərin müəyyən edilməsi və təkliflərin formalaşdırılması tapşırılıb. Eyni zamanda fəaliyyət və nəzarətin təşkili məqsədilə Rəhbər Komitənin yaradılması üzrə müvafiq işlər icra edilir.

Qeyd edək ki, Saziş 20 avqust 1997-ci il tarixində Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC arasında bağlanılmışdı. 22 yanvar 2000-ci il tarixindən, Sazişə yeni dəyişikliyə qədər “Azərqızıl” dövlət şirkətinin ləğv edilməsi nəticəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sazişdən irəli gələn öhdəliklər üzrə “Azərqızıl” dövlət şirkətinin hüquqi varisi hesab edilmişdi.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?