13 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qazax aqroparkında 645 ton buğda istehsal edilib

Cari ilin yanvar-iyun ayları ərzində “İnvestel Group” MMC-nin Qazax rayonunun II Şıxlı kəndində yerləşən aqroparkında 645 ton buğda istehsal edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, aqroparkın ümumi əkinə yararlı 800 hektar sahəsində kartof, buğda və arpa əkilib. Abşeron rayonunda aqroparka məxsus təsərrüfatda isə 7,5 hektar intensiv badam bağı salınıb.

Qeyd edək ki, 2023-cü ildə aqroparkda 12 min ton kartof, 250 ton arpa və 750 ton buğda istehsal edilib.

Bu il aqroparkın 340 hektarında əmtəəlik kartof əkilib və hazırda kartof yığımı davam edir.

Kartof əkini sahəsində orta məhsuldarlıq 40-41 ton təşkil edir. Aqroparkda gündəlik 250 ton kartofun təmizlənməsi, çeşidlənməsi və qablaşdırılması xətti, tutumu 7800 kubmetr, Abşeronda isə tutumu 14 889 kubmetr olan 2 soyuducu anbar kompleksi fəaliyyət göstərir.

İndiyədək 24 milyon manat investisiya yatırılan “İnvestel Group” MMC-də 200 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin edilib.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?