24 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hesabatlılıq və şəffaflığın yüksəldilməsi istiqamətində fəaliyyət davam etdirilir

Hesablama Palatasının yarım il üzrə fəaliyyətinə dair məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsaslanmaqla hesabatlılıq və şəffaflığın yüksəldilməsi, beynəlxalq standartlara müvafiq qaydada öz fəaliyyəti ilə bağlı hesabatvermə funksiyalarının icrası, həmçinin maliyyə inzibatçılığı sahəsində beynəlxalq hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin yüksəldilməsi məqsədilə hazırlanıb.

Palatadan bildirilib ki, hesabat dövründə Hesablama Palatası mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 2018-ci ildə dövlət büdcəsinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin icrasına, həmçinin 2019-cu il üçün dövlət büdcəsində, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsində dəyişikliklərə dair rəylərini hazırlayaraq Milli Məclisə təqdim edib. Eyni zamanda, beynəlxalq təcrübəyə uyğun olaraq Hesablama Palatası 2018-ci il dövlət büdcəsinin icrası ilə bağlı hazırladığı rəy üzrə xülasə tərtib edib.

Hesablama Palatasının 2018-ci ildə fəaliyyətinə dair illik hesabat da hazırlanıb və Milli Məclisin plenar iclasında təqdim edilib. 2019-cu ilin iş planına əsasən, Hesablama Palatasının kollegiyası tərəfindən 5 təhlil və 32 auditin başlanılması ilə bağlı qərar qəbul edilib, ötən il üzrə iş planına uyğun 2018-ci ildə başlanılıb, nəticələri hesabat dövründə yekunlaşmış 1 audit də daxil olmaqla ümumilikdə 12 auditin və 5 təhlilin nəticələrinə baxılıb.

2018-ci ilin iş planına uyğun başa çatdırılmış auditlərin nəticələrinə dair qəbul edilmiş kollegiya qərarlarının icra vəziyyətinə nəzarət məqsədilə seçmə qaydasında monitorinqlər həyata keçirilib və 7 monitorinq üzrə müvafiq kollegiya qərarı qəbul edilib.
Hesabat dövründə nəticələri ilə bağlı müvafiq zəruri addımların atılması məqsədilə 17 quruma auditor hesabatı və 7 mərkəzi icra hakimiyyəti orqanına ümumilikdə 11 məlumat göndərilib, hər tədbirlə bağlı qanunvericiliklə nəzərdə tutulduğu qaydada Milli Məclisə məlumat verilib.

Altı ayda Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi ümumilikdə 1 milyard 13,3 milyon manat təşkil edib.
Hesabat dövründə aparılmış və nəticələri ilə bağlı qərar qəbul olunmuş auditlərin əhatə etdiyi vəsaitin 45,8 faizi dövlət büdcəsinin xərcləri, 16,9 faizi büdcədənkənar dövlət fondlarının vəsaitləri, 37,3 faizi isə digər mənbələrdən ayrılan vəsaitlər üzrə olub. Dövlət büdcəsi üzrə əhatə edilən vəsaitin əhəmiyyətli hissəsi 2018-ci ilin payına düşüb. Həmçinin hesabat dövründə nəzarət tədbirləri dövlət büdcəsinin funksional təsnifatı üzrə 14 bölməsindən 9-nu əhatə edib. Nəzarət fəaliyyəti ilə əhatə olunmuş vəsaitin daha çox hissəsi dövlət büdcəsinin funksional təsnifatı üzrə (25,6 faiz) "Ümumi dövlət xidmətləri" bölməsinə aid olub. Əhatə edilmiş vəsaitin 97,4 faizi dövlət büdcəsinin mərkəzləşdirilmiş, 2,6 faizi isə büdcənin yerli xərcləri üzrə olub.

Bundan başqa, hesabat dövründə həyata keçirilmiş monitorinqlər istisna olmaqla, 2019-cu ilin İş planı üzrə aparılmış nəzarət tədbirlərinin 10-u Bakı şəhərində, 6-sı respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılıb. Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilib və təsnifləşdirilib. Həmin nöqsanlar arasında, hər il olduğu kimi, büdcə qanunvericiliyinin və dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinin pozulması, həmçinin mühasibat uçotu və hesabatlılıqla bağlı nöqsanların payı nisbətən yüksək olub. Eyni zamanda, dövlət vəsaiti hesabına dövlət əmlakından istifadə sahəsində də nöqsanlar aşkarlanıb.

Kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən həyata keçirilmiş dövlət satınalmalarında bir mənbədən satınalma metodunun xüsusi çəkisi nisbətən yüksək olub. Eyni zamanda, qurumlar tərəfindən bir sıra hallarda birmənbədən satınalma metodunun tətbiqinin zəruri və ətraflı əsaslandırılmaması, həmçinin müvafiq satınalma prosedurlarının tam aparılmaması satınalmaların qalibinin müəyyənləşdirilməsi prosesində "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun dövlət satınalmaları zamanı vəsaitlərin istifadəsində qənaətliliyinin və obyektiv yanaşmanın təmin edilməsi ilə bağlı tələb və prinsipləri ilə uzlaşmayan riskləri formalaşdırıb.

Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı yol verilən pozuntularla bağlı iki, dövlət əmlakından təyinatı üzrə və qanunauyğun istifadə edilməməsi halı üzrə bir nəzarət tədbirinə dair müvafiq materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Nəticələri ilə bağlı kollegiya qərarı qəbul olunmuş tədbirlər üzrə ümumilikdə 6,8 milyon manat, o cümlədən 365,1 min manat büdcədənkənar fondun büdcəsinə bərpa edilib.

VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?