12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Misirlə ticarət dövriyyəsi 4 dəfədən çox artıb

Misirlə ticarət dövriyyəsi 4 dəfədən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın Misirlə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 4,6 dəfə və ya 18,2 milyon ABŞ dolları artaraq 23,2 milyon dolları üstələyib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 5 ayında Azərbaycandan Misirə 3,9 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 13,5 dəfə və ya 3,6 milyon dollar çoxdur.

Misirdən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 4,1 dəfə və ya 14,5 milyon dollar artaraq 19,2 milyon dollar təşkil edib.

Cari ilin yanvar-may aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Misirlə ticarətin payı 0,12 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,1 faiz bəndi üstələyir.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?