24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkədə nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən yeni dövlət standartları qəbul edilib:

- AZS ECE 83:2024 “Mühərrikin yanacaq tələblərinə uyğun olaraq çirkləndiricilərin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”;

- AZS ECE 101:2024 “Karbon 4-oksidin həcminin və yanacaq sərfinin və/və ya elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsi ilə bağlı yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən, yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və elektrik diapazonunun ölçülməsi baxımından yalnız elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”;

- AZS ECE 100:2024 “Elektrik ötürücülərinə dair xüsusi tələblərlə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.

Sözügedən standartlar Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiq edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və Reyestrinə daxil edilib.

Yeni dövlət standartlarının tətbiqi ölkəyə idxal olunan hibrid avtomobil kateqoriyasını müəyyən etməyə, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılmasına, nəqliyyat vasitələrinin ətraf mühitə buraxdığı çirkləndirici maddələrin miqdarını azaltmağa, nəqliyyat vasitələrində elektrik ötürücülərinin təhlükəsizliyini təmin etməyə imkan yaradacaq.

Müvafiq dövlət standartarı ilə milli standartlaşdırma qurumunun rəsmi internet səhifəsində (http://azstand.gov.az/az/standart-axtar, http://e-standart.gov.az/) tanış olmaq və rəsmi nəşrlərini kağız və ya elektron formada əldə etmək mümkündür.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?