18 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib

Tver şəhərində Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə “Made in Azerbaijan” Rusiya regionlarında” layihəsi çərçivəsində növbəti, ikinci tədbir keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, tədbirdə Tver vilayətində fəaliyyət göstərən hökumət və biznes təşkilatlarının, Azərbaycan diasporunun, eləcə də ticarət şəbəkələrinin, restoran və mehmanxanaların 70-dək nümayəndəsi üçün Azərbaycan istehsalı olan 20-dən çox məhsulun təqdimatı və dequstasiyası təşkil olunub. Bununla yanaşı, tədbirdə Azərbaycan şərablarının təqdimatı keçirilib, iştirakçılara Azərbaycan şərabları, eləcə də ölkəmizdə şərabçılığın inkişafı barədə ətraflı məlumat verilib.

Əsas məqsədi ölkəmizin qeyri-neft ixracının artırılması olan layihə Azərbaycan məhsullarının Rusiyanın regionlarında tanıdılması və təşviqini, regionlarda fəaliyyət göstərən ticarət şəbəkələrinin Azərbaycan şirkətləri ilə əlaqələndirilməsini və bunun nəticəsi olaraq, ölkəmizdə istehsal olunan məhsulların Rusiyanın regionlarına çıxışının təmin edilməsi ilə Azərbaycandan Rusiyaya ixracın inkişafını hədəfləyir.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?