11 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Qırğızıstanda keçirilən Türk Biznes və İnvestisiya Forumunda təmsil olunub

İyunun 26-28-dək Qırğızıstanın İssık-Kul şəhərində Türk Biznes və İnvestisiya Forumu keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) məlumatına görə, Forumda ölkəmizi ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Baş katibin müavini Bəhruz Kərimov və iş adamları təmsil ediblər.

Forum çərçivəsində Qırğızıstan Respublikasının investisiya potensialı, ekoloji cəhətdən təmiz məhsulların təşviqi, yaşıl enerjinin inkişafı, İT sənayesinin inkişaf perspektivləri, müasir çağırışlar kontekstində bank sektorunun transformasiyası müzakirə olunub.

Biznes forumun rəsmi açılış mərasimində nümayəndə heyətlərinin rəhbərləri – Qırğızıstan Sənaye və Ticarət Palatasının prezidenti Temir Sariyev, Qırğızıstan Nazirlər Kabinetinin rəhbəri Akulbek Japarov, Türk Dövlətləri Təşkilatlarının Baş katibi Kubaniçbek Omuraliyev, Türk Ticarət və Sənaye Palataları Birliyinin prezidenti Rıfat Hisarcıklığolu və digərləri son illər iştirakçı ölkələr arasında çoxşaxəli əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğulayıblar. Birgə investisiya layihələrinin sayının artması və uzunmüddətli ticarət əlaqələrinin qurulmasında inamlı dinamika da qeyd olunub.

İştirakçılar türk ölkələri arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi və əməli razılaşmaların əldə olunması istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Forum çərçivəsində keçirilən B2B danışıqları zamanı işgüzar dairələrin nümayəndələri yeni əlaqələr qurmaq, praktiki aspektləri və yeni birgə təşəbbüslərin planlarını müzakirə etmək imkanı əldə ediblər.

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?