21 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“SOCAR Downstream Management”də görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun, iqtisadiyyat nazirinin müavini, SOCAR-ın Müşahidə Şurasının üzvü Anar Axundovun, SOCAR-ın prezidenti Rövşən Nəcəfin və şirkətin vitse-prezidentlərinin iştirakı ilə “SOCAR Downstream Management” şirkətində (SDM) görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib.

SOCAR-ın məlumatına əsasən, görüşdə emal sektorunda görülən transformasiya işlərinin ölkənin dayanıqlı inkişafında və iqtisadi potensialının artırılmasında önəmi vurğulanıb.

Görüş çərçivəsində SDM tərəfindən həyata keçirilən layihələr barədə ətraflı təqdimat dinlənilib, Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma işlərinin gedişatı müzakirə edilib. SOCAR-ın emal seqmenti üzrə fəaliyyət istiqamətləri, SDM tərəfindən NEZ-də və digər emal zavodlarında icra olunan transformasiya, rəqəmsallaşdırma layihələri, əməliyyat mükəmməlliyi proqramları, enerji səmərəliliyinin artırılması istiqamətində icra olunan tədbirlər və digər təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?