25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cəbrayıl rayonunda kəhrizlərin bərpasına başlanılıb

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının mühüm logistika imkanlara malik olması burada fəaliyyət göstərən şirkətlər tərəfindən istehsal edilən məhsulların Naxçıvan MR-ə, Türkiyə və Avropa bazarlarına çıxış imkanlarını asanlaşdıracaq”.

Bunu ötən gün Şuşada keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

Onun sözlərinə görə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində tikilən mühüm avtomobil yolu körpüsünün inşasının bu ilin sonuna kimi yekunlaşacağı gözlənilir. Körpü yeni nəqliyyat əlaqələrinin yaradılmasını asanlaşdıracaq, müxtəlif ölkələrdən yüklərin səmərəli tranzitlə daşınmasına imkan yaradacaq və bunun sayəsində logistika yüklərinin həcmi əhəmiyyətli dərəcədə artacaq.

V.Hacıyev bildirib ki, qeyd edilən rayonların iqtisadi inkişafına təsir göstərəcək 5 əsas istiqamət var. Bunlar kənd təsərrüfatı, dağ-mədən sənayesi, nəqliyyat, logistika, turizm və alternativ enerji mənbələridir. Bu istiqamətlərin inkişafı üçün artıq bir necə layihə həyata keçirilir. Kəhrizlərlə zəngin olan Cəbrayıl rayonunda onların bərpasına başlanıldığını açıqlayan xüsusi nümayəndə bununla bağlı investorların müvafiq layihələr təqdim etdiklərini, içməli su qablaşdırılması, limonad, meyvə şirələrinin istehsalı müəssisələrinin qurulmasının nəzərdə tutulduğunu söyləyib.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?