2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şuşada 20-yə yaxın sahibkar üçün əlverişli şərait yaradılıb

Bunu Şuşada keçirilən "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş Şuşa şəhərində bərpa və quruculuq işləri ilə yanaşı, Prezident İlham Əliyevin tapşırığı ilə sahibkarlıq mühitinin yaradılması istiqamətində də əhəmiyyətli addımlar atılır: “İşğaldan azad edilmiş ərazilərdə sahibkarlara ilk qapı açan Şuşa şəhəri olub. 2021-ci ilin ilk rübündən etibarən şəhərdə aparılan quruculuq işlərinə cəlb olunan şəxslərin çoxluğu, eləcə də Şuşa şəhərinin müxtəlif tədbirlərə sahiblik etməsi səbəbindən burada mehmanxana və ictimai iaşə xidmətlərinə, ərzaq mallarına olan ehtiyac aradan qaldırılıb. Hazırda bir necə iaşə obyektinin tikintisi başa çatmaq üzrədir”.

A.Kərimov qeyd edib ki, Şuşanın Qarabağ küçəsində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş, dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa edilən 10 binanın tikintisi sürətlə davam etdirilir. İlin sonuna kimi bu binalarda qonaqlama, ictimai iaşə xidmətlərinin təşkili planlaşdırılır.

Şuşaya gələn turistlərin sayında nəzərəçarpacaq artımın müşahidə olunduğunu deyən xüsusi nümayəndə əlavə edib ki, artıq Daşaltı kəndində ilkin turizm infrastrukturunun qurulmasına başlanılıb. Burada sahibkarlara bağ sahələri ayrılmaqla, yaxın zamanlarda vətəndaşlar üçün sərbəst satışa çıxarıla biləcək fərdi evlərin tikilməsi prosesinə başlanılacaq.

A.Kərimov çıxışının sonunda sahibkarları Şuşada yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət edib.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?