13 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azad edilmiş ərazilərdə istehsal olunan məhsulların dövlət satınalmalarında alışı təmin ediləcək

Qarabağ və Şərqi Zəngəzur ərazisində istehsal olunan məhsullarının dövlət satınalmalarında iştirakı zamanı xüsusi güzəştli yanaşma prinsipinin tətbiqi məsələsi təhlil edilir. Bu fikri iqtisadiyyat naziri Mikayıl Cabbarov "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" mövzusunda Şuşada keçirilən tədbirdə deyib.

Nazir qeyd edib ki, bu gün ölkədə istehsal olunmayan yeni məhsullar məhz işğaldan azad edilmiş ərazilərdə istehsal olunacağı halda, onların daxili bazarda qorunması, dövlət satınalmalarında alışının təmin edilməsi ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə və digər qurumlara müvafiq tapşırıqlar verilib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?