19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qarabağda bankçılıq sahəsində yeni texnologiyaların tətbiqi üzrə fəal iş aparılır

Artıq Qarabağ iqtisadi rayonu üzrə 4 bankın - Ağalı kandı, Laçın və Xankəndi olmaqla - filialları fəaliyyət göstərir və ilin sonunadək daha bir necə filialın açılması nəzərdə tutulur.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı xəbər verir ki, bunu Şuşada təşkil olunan "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbir çərçivəsində keçirilən panel müzakirələrdə çıxış edərkən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, hazırda Qarabağda bütün sahələrdə olduğu kimi, bankçılıq sektorunda da yeni texnologiyaların tətbiqi həyata keçirilməlidir. "29-30 iyun tarixlərində biz burada bir sıra şirkətlərin iştirakı ilə beynəlxalq konfrans keçirəcəyik. Tədbir çərçivəsində Qarabağ ərazisində daha hansı yeniliklərin, yeni texnologiyaların tətbiq oluna biləcəyini müzakirə edəcəyik. Çünki ənənəvi bankçılıqla yanaşı, biz, eyni zamanda, son texnologiyaların bölgəyə gətirilməsini və eyni zamanda məsafədən xidmətlərin göstərilməsini təmin etməliyik”. Assosiasiya rəhbəri bildirib ki, hazırda ərazidə 26 bankomat, 560 POS-terminal quraşdırılıb və mövcud olan 17,5 milyonluq kredit kartlarımızın da böyük hissəsini məhz buraya daşımaq istəyirik: “Bu gün kartlarla əməliyyatların həcmi 30 milyard manatın üzərindədir və nağdsız dövriyyəmiz xeyli böyüyüb. Təbii ki, bəzi həlli vacib məsələlər də mövcuddur. Düşünürük ki, qarşıdakı dövrdə onların da çözülməsini həyata keçirə biləcəyik. Önəmli odur ki, proses aktiv şəkildə irəli aparılır”.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?