13 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Qarabağda keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbirdə iştirak çərçivəsində Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq olub.

Xankəndi şəhərinin tarixi, burada görülən bərpa işləri və şəhərin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlər haqqında sahibkarlara və müvafiq dövlət qurumlarının nümayəndələrinə məlumat verilib. Bildirilib ki, işğal vaxtı separatçılar tərəfindən xarici görünüşü dəyişdirilmiş tikililərin əvvəlki siması qaytarılır, binalarda bərpa işləri aparılır, eləcə də biznes fəaliyyətinin genişləndirilməsi tədbirləri görülür.

Xankəndi şəhəri ilə tanışlıq çərçivəsində istehsal müəssisələrinə baş çəkən sahibkarlarımıza şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib.

-----

19:10

İş adamları Xankəndi şəhərinin sənaye mərkəzinə çevrilməsi istiqamətində aparılan işlərlə tanış olublar. İstehsal müəssisələrinə baş çəkən sahibkarlarımıza şəhərin iqtisadi potensialı, yeni yaradılmış infrastruktur və həyata keçirilməsi təklif edilən investisiya layihələri barədə məlumat verilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.

Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?