24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Çin şirkəti Azərbaycandan xaricə 4 milyon kvadratmetr plitə ixrac edəcək

Sumqayıt Kimya Sənaye Parkının keramik plitələr (kafel, metlax) istehsalı ilə məşğul olan rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin bu il ərzində 4 milyon kvadratmetr məhsul ixrac edəcəyi gözlənilir.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına şirkətdən bildiriblər.

Qeyd edilib ki, ötən ilin oktyabrından fəaliyyətə başlayan “Azərbaycan Vanhong Ceramics Co.” 110 min kvadrat metr sahəni əhatə edən məhsul ixrac edib. Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə istehsal olunan məhsullar əsasən, Rusiya, Belarus, Gürcüstan, Özbəkistan və Qazaxıstana ixrac olunur.

Şirkət bu il ümumilikdə 2,2 milyon kvadrat metr keramik plitə istehsal edib. İlin sonuna kimi məhsul istehsalının həcminin 9,5 milyon kvadratmetr olacağı gözlənilir.

Xatırladaq ki, sənaye parkının 20 hektardan çox ərazisində istehsal həyata keçirən, 100 faiz Çin kapitallı müəssisənin ümumi investisiya dəyəri 85 milyon manatdan çoxdur. İllik istehsal gücü 18 milyon kvadratmetr olan müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, xaricə də ixrac olunur. Hazırda “Vanhong Ceramics”in Çində 5 zavodu, dünyanın 5 ölkəsində müəssisəsi fəaliyyət göstərir.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?