8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SMIIC-in “Halal turizm xidmətləri-ümumi tələblər” standartı üzrə təlim keçirilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) əməkdaşları İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutu tərəfindən (SMIIC) virtual formatda təşkil olunan təlimdə iştirak ediblər.

İnstitutun məlumatına görə, təlim OIC/SMIIC 9 :2019 “Halal Turizm Xidmətləri - Ümumi Tələblər” standartı üzrə qadın ekspertləri maarifləndirmə mövzusunda olub. Təlim zamanı halal turizm standartının tələbləri, bu standartın sözügedən sahədə istifadəsi və tətbiqi haqqında önəmli məlumatlar verilib.

Sözügedən görüşdə təlimçilər "Əndəlüs Mədinə Şəbəkəsi - İrs turizmi və səyahətçilər üçün standartların dəyəri", “Müsəlman tur bələdçisi olaraq müvəffəqiyyətin əldə edilməsi”, “Müasir dövrdə halal turizm sənayesi istedadlarının təkmilləşdirilməsinin önəmi”, “Halal turizmdə yeni imkanlar” mövzularında təqdimatlarla çıxış ediblər.

Tədbirdə həyata keçirilən layihələr, müsəlman turistlər və yerli əhali ilə aparılan işlərin nəticələri və yeni layihələrlə bağlı təkliflər barədə məlumat verilib.

Qeyd olunan təlimdə AZSTAND-ın qadın eksperti ilə yanaşı dünyanın müxtəlif ölkələrindən 127 qadın ekspert iştirak edib. Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?