19 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu ilin ilk 5 ayında 40,1 milyon dollarlıq azot gübrəsi ixrac olunub

Bu ilin ilk 5 ayında 40,1 milyon dollarlıq azot gübrəsi ixrac olunub

Bu ilin yanvar-may aylarında ölkədən 40,1 milyon ABŞ dolları dəyərində 211,7 min tondan çox azot gübrəsi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, bu, 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 32 faiz, həcm baxımından isə 2 dəfə çoxdur.

Təkcə bu ilin may ayında ölkədən 7 milyon dollar dəyərində 40,8 min ton məhsul ixrac olunub ki, bu da aprel ayı ilə müqayisədə dəyər ifadəsində 16,2 faiz, həcm olaraq isə 40,7 faiz çoxdur.

Hesabat dövründə gübrənin ümumi ixracda xüsusi çəkisi 0,36 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,18 faizə bərabər olub.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?