17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Velosiped yolları ilə bağlı dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən TS 9826 “Şehiriçi yollar - Bisiklet yolları” standartının əsasında AZS 951:2024 (TS 9826:2013) – “Şəhərdaxili yollar – Velosiped yolları” dövlət standartı qəbul edilib.

Dövlət Xidmətinin məlumatına görə, dövlət standartı velosipeddən istifadənin təşviqi, ölkə ərazisində uyğun infrastruktur - velosiped yollarının və zolaqların yaradılması, əhalinin velosiped sürməyə artan marağı, həmçinin bu sahənin insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyəti nəzərə alınmaqla hazırlanıb.

Dövlət standartı “Nəqliyyat və nəqliyyat infrastrukturu” (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?