26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektrik enerjisi istehsalında yaşıl enerjinin payı artıb

Bu ilin yanvar-may aylarında İstilik Elektrik Stansiyaları üzrə 9 685,6 milyon kVt·st, su da daxil olmaqla bərpaolunan enerji mənbələrindən 714,4 milyon kVt·st artımla 1 545,8 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə Su Elektrik Stansiyaları üzrə 1197,3 milyon kVt·st, Külək Elektrik Stansiyaları üzrə 26,3 milyon kVt·st, Günəş Elektrik Stansiyaları üzrə 206,5 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu (BMTZ) üzrə isə 115,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

Cari ilin ilk 5 ayında elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 14 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 7 faiz bəndi üstələyir.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında ümumi elektrik enerjisinin istehsalı 11 231,4 milyon kVt·st, ixracı 426,8 milyon kVt·st, idxalı isə 80,9 milyon kVt·st olub.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?