9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşğaldan azad olunmuş ərazilərimizdə ilk hərrac keçirilib

İşğaldan azad olunmuş ərazilərimizdə ilk hərrac keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərimizdə - Şərqi Zəngəzur iqtisadi rayonunda hərrac keçirilib. Yer təkinin istifadəyə verilməsi üzrə 12 iyun tarixində Zəngilanın Ağalı kəndində təşkil edilən tədbirdə aidiyyəti qurumların nümayəndələri, investorlar və media mənsubları iştirak ediblər.

Tədbirdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini Elçin Məcidov çıxış edərək, əsas məqsədin təbii ehtiyatlardan səmərəli və qənaətlə istifadənin, həmçinin investorlar arasında şəffaf rəqabətin təmin edilməsi olduğunu vurğulayıb.

Hərracdan öncə işğaldan azad olunan ərazilərdə yer təkindən istifadəyə yeni yanaşmalar, bölgədəki faydalı qazıntı yataqlarının növləri, mühafizəsi və öyrənilməsi ilə bağlı təqdimat keçirilib.

Bildirilib ki, faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır. İşğaldan azad edilən bölgələrə məxsus faydalı qazıntı yataqlarının istismara verilməsi Qarabağ və Şərqi Zəngəzur regionunun iqtisadi inkişafına töhfə olacaq. Bu, doğma torpaqlarına geri dönən soydaşlarımızın işlə təminatı baxımından da vacib məqamdır. Faydalı qazıntı yataqlarının səmərəli istismarı azad olunmuş bölgələrimizin bərpasında və yenidən qurulmasında müstəsna əhəmiyyətə malikdir.

Hərracda Laçın rayonundakı “Əhmədli” mişardaşı və Qubadlının “Hacılı” əhəngdaşı yataqları istifadəyə verilib. Faydalı qazıntı yataqları üçün edilən son təkliflər ilkin qiymətindən yüksək olub.

Hərracın nəticələri (yekun qiymət, hərracın qalibləri və digər məlumatlar) ilə https://bit.ly/45oMble linki vasitəsilə tanış olmaq mümkündür.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?