18 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Biznesə başlama" indikatoru üzrə İcra və Kommunikasiya planları hazırlanır

"Biznesə başlama", "Tikinti üçün icazələrin alınması", "Elektrik təchizatı şəbəkələrinə qoşulma", "Sərhəddə ticarət" və başqa indikatorlar üzrə İcra və Kommunikasiya planlarının hazırlanmasına böyük ehtiyac var idi və bununla bağlı işçi qruplarına tapşırıqlar verilib". Bu fikirləri biznes sahələri üzrə 2019-cu ilin II yarısı üçün İcra və Kommunikasiya planlarının təqdimat mərasimində çıxış edən Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev deyib. Onun sözlərinə görə, bu planların hazırlanmasında özəl sektor aktiv rol oynayıb: "Bunun üçün biznes dairələrinə, xüsusilə də Azərbaycanda Amerika Ticarət Palatasına ("AmCham") təşəkkür edirik. Hesab edirəm ki, bu aktivlik bundan sonra da davam edəcək və dövlət-özəl sektorun dialoquna töhfə verəcək".

"AmCham"ın icraçı direktoru Natəvan Məmmədova isə bildirib ki, onlar daima dövlətlə dialoqa hazırdırlar: "Çox sevinirik ki, bizim "Ağ Vərəq"də göstərdiyimiz islahatların bir çoxu artıq reallaşdırılıb. "AmCham" olaraq bu işə dəstəyimizi davam etdirəcəyik. Sentyabrdan isə yeni İcra və Kommunikasiya Planlarının hazırlanması üçün gücümüzü səfərbər edəcəyik".

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?