26 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Euronews”: “Azərbaycan və BƏƏ bərpaolunan enerji layihələrinə start verir”

“Euronews” telekanalının saytında iyunun 4-də Azərbaycanda ümumi gücü 1 QVt olan iki günəş və bir külək elektrik stansiyasının təməlqoyma mərasimi ilə bağlı material dərc olunub. Layihə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews”a bildirib ki, bu hadisə əslində bizim yaşıl gündəliyimizi nümayiş etdirir, həm də bizim mövqeyimizin təkcə qalıq yanacaqlara investisiya yatıranlar üçün deyil, həm də bərpaolunan enerjiyə sərmayə qoyanlar üçün cəlbediciliyini göstərir.

“Masdar” bərpaolunan enerji mənbələri sahəsində Azərbaycanın strateji tərəfdaşıdır. Layihələrə Bakının Qaradağ rayonunda külək elektrik stansiyası (240 MVt), Biləsuvar (445 MVt) və Neftçalada (315 MVt) isə iki günəş elektrik stansiyasının tikintisi daxildir. Elektrik stansiyalarında ildə orta hesabla 2 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da hər il 496 milyon kubmetr təbii qaza qənaət etməyə və atmosferə karbon qazı emissiyasını 943 min tondan çox azaltmağa imkan verəcək.

“Euronews”un qeyd etdiyi kimi, bu bəyanat Bakıda keçirilən COP29 ərəfəsində verilib. BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, “Masdar”ın sədri və COP28-in prezidenti Sultan Əl Cabir mərasimdə çıxışı zamanı qeyd edib ki, BƏƏ 2030-cu ilə qədər bərpaolunan enerji potensialını üç dəfə artırmağı hədəfləyir. O, nizamlı və ədalətli enerji keçidini təmin etmək üçün ölkənin daha çox bu kimi tərəfdaşlığa ehtiyacı olduğunu vurğulayıb.

Onun bu şərhləri Azərbaycan Prezidenti tərəfindən cavablandırılıb. Prezident “Euronews”a açıqlamasında bildirib ki, bütün bunlar həqiqətən də mədən yanacaqlarından sərvət toplayan bir ölkənin onu necə bərpaolunan enerji layihələrinə yönəltdiyini və bu gün COP29-a ev sahibliyi etdiyini nümayiş etdirir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan mütləq şəkildə yaşıl keçidin liderləri sırasında olmalıdır.

Telekanal 37 ölkədən 300-dən çox şirkəti bir araya gətirən qlobal enerji təqviminin ən mühüm hadisələrindən biri olan Bakı Enerji Həftəsinin açılışında daha təmiz enerji həlləri, süni intellektdə irəliləyişlər və müsbət davamlı inkişafı sürətləndirmək üçün inkişaf etməkdə olan ölkələrdə iqtisadi artıma təkan vermək kimi çağırışların səsləndirildıyini qeyd edib.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?