1 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda fərdi sahibkarların sayı 900 minə yaxınlaşır

İyulun 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 880 mini keçib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə hər 6 fərdi sahibkardan 5-i "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq", "Ticarət; nəqliyyat vasitələrinin təmiri", "Digər sahələrdə xidmətlərin göstərilməsi" və "Nəqliyyat və anbar təsərrüfatı" sahələri üzrə qeydiyyatdan keçib.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,4 faiz), Aran (20,4 faiz), Gəncə-Qazax (13,6 faiz) və Lənkəran (9,9 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,4 faizini kişilər, 21,6 faizini isə qadınlar təşkil edib.

Qadınlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 27,2 faizini, "Digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət sahəsində 25,4 faizini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir. Sahibkar qadınların 32,8 faizi Bakıda, 17,1 faizi Aran, 16,2 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,2 faiz), Gəncə-Qazax (25,7 faiz) və Lənkəran (22,6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?