23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mohamed Hamel: “Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir”

Mohamed Hamel: “Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir”

“Neft sənayesinin paytaxtı olan Bakıya qayıtdığıma görə böyük qürur hissi duyuram. Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir. Həmçinin Azərbaycanın Qaz İxrac Edən Ölkələr Forumunun üzvü olmağından çox məmnunuq”.

Bu sözləri Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamel Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, geosiyasi məqamların mövcudluğu iqtisadiyyata təsir edir.

“Enerji keçidinin iqtisadi baxımdan məmnunedici olması üçün əməkdaşlıq vacibdir. Təbii qaza olan tələbat 2050-ci ildə 30 faiz artacaq, süni intellektə olan tələbat da artacaq. Bu sahəyə 9 trilyon dollar investisiya lazımdır. Texnologiya burada vacib rol oynayır. Azərbaycanı COP29-a ev sahibliyi etdiyi üçün təbrik edir və uğurlar arzulayıram. Əminəm ki, bu konfransda veriləcək qərarlar böyük addımlar atmağa şərait yaradacaq”, - deyə GECF-in Baş katibi vurğulayıb.

AZƏRTAC

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması