17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

XXVII Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya-Azərbaycan biznes-dialoqu keçiriləcək

İyunun 5-dən 8-dək Sankt-Peterburqda keçiriləcək Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) çərçivəsində Rusiya ilə Azərbaycan arasında biznes dialoqu baş tutacaq. Tədbirdə iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

Əsas diqqət ticarət və investisiya əlaqələrinin, o cümlədən kənd təsərrüfatı, əczaçılıq, enerji, logistika və bankçılıq sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə yönəldiləcək.

Tədbirdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin rəhbəri Sergey Dankvert, Rusiya Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun çıxışları gözlənilir.

Tədbirdə, həmçinin, “Dubay-Bakı: enerjidən maliyyəyə” panel sessiyasının keçirilməsi gözlənilir. Bu sessiya zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 müzakirə olunacaq.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?