15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə makroiqtisadiyyat, ticarət və investisiya sahələrində praktika meneceri Antonio Nusifora ilə görüşüb.

Görüşdə Dünya Bankı ilə səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Vurğulanıb ki, Dünya Bankı ilə Azərbaycanda investisiya mühitinin əlverişliliyinin daha da artırılması, dövlət-özəl sektor tərəfdaşlığı, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı və başqa istiqamətlər üzrə faydalı işbirliyi ölkəmizin inkişaf hədəflərinə nail olunmasına töhfə verir.

Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd edilib ki, ölkəmizdə aparılan iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən də dəstəklənir, Azərbaycanın iştirakçısı olduğu nəhəng layihələr regionda dayanıqlı inkişafın stimullaşdırılmasında mühüm rol oynayır.

Tərəflər ticarətin şaxələndirilməsi, “yaşıl keçid”, iqlim, COP29 və digər məsələlərlə bağlı əməkdaşlığın inkişafını müzakirə ediblər.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?