7 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xalid Teymur Əkrəm: “SOCAR-“Masdar” sazişi Azərbaycan və BƏƏ arasında strateji tərəfdaşlığı genişləndirəcək”

“Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpaolunan enerji layihəsi üzrə imzalanmış Səhmdarlar Sazişləri enerji layihələrini gücləndirəcək və iki ölkə arasında strateji tərəfdaşlığı genişləndirəcək”.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Telegram kanalına Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm məlumat verib.

Onun sözlərinə görə, Bakı Enerji Həftəsinin regionun enerji sektorunda rolu böyükdür, çünki bu tədbirlərdə həm də Xəzər regionunda neft-qaz layihələri və regionun enerji təhlükəsizliyinə diqqət yetirilir.

“Bakı Enerji Həftəsi enerji sektorunun aktual problemlərini müzakirə etmək və enerji sənayesində mühüm maraqlı tərəfləri bir araya gətirmək üçün platforma rolunu oynayır. Tədbir enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyat və digər mühüm qlobal problemləri müzakirə etmək üçün nümayəndələri və beynəlxalq təşkilatları bir araya gətirir. Azərbaycanın digər enerji şirkətləri ilə əməkdaşlığı həm yerli, həm də xarici şirkətlərə potensial əməkdaşlıq və gələcək tərəfdaşlıqlarla bağlı üzbəüz müzakirələr aparmağa imkan verir”, - ekspert bildirib.

Ekspert Azərbaycanın yaşıl gələcəyə sadiqliyini və əməkdaşlığın gücləndirilməsi, ətraf mühitin mühafizəsi və sosial rifaha real töhfə verdiyini vurğulayıb: “Azərbaycan xarici ticarətin asanlaşdırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması üçün iqtisadi islahatların intensivləşdirilməsinin vacibliyini vurğulayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət biznes mühitinin yaxşılaşdırılması, investisiya qoyuluşu və davamlı inkişafa sadiqliyə əsaslanır. Bu öhdəlik qarşılıqlı artım, tərəqqi və zənginləşən mədəni mübadilə trayektoriyasında öz əksini tapır. Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasındakı birgə tərəfdaşlıq tərəqqi və inkişafa dair ümumi baxışı, ahəngdar işləmək potensialını önə çıxarır”.

Tamilla MƏMMƏDOVA

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?