13 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın investisiya potensialı İtaliya Senatında təqdim olunub

İtaliya Respublikası Senatında “İtaliya, Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələr – Enerji təhlükəsizliyi və xarici siyasət” adlı konfrans keçirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, tədbirdə İtaliya və Azərbaycanın təhsil və təhlil qurumlarının nümayəndələri ölkəmizin Asiyanı Avropa ilə əlaqələndirən Orta Dəhliz təşəbbüsünün ərsəyə gəlməsində oynadığı həlledici rol, sözügedən marşrutun açdığı geniş əməkdaşlıq imkanları, Azərbaycanın Aİ və İtaliya ilə qurduğu strateji enerji tərəfdaşlığı və ölkəmizin ev sahibliyi edəcəyi COP29 – BMT-nin növbəti iqlim dəyişikliyi konfransının yaratdığı imkanlar haqqında danışıblar. Tədbirdə çıxış edən AZPROMO-nun nümayəndəsi ölkəmizin iqtisadi potensialı, investisiya və ixrac imkanları barədə təqdimatla çıxış edib.

Qeyd edək ki, konfransda İtaliya parlamentinin üzvləri, digər dövlət qurumları və özəl təşkilatların təmsilçiləri iştirak ediblər.

Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq?