3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forum keçirilib

30 may 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə müxtəlif dövlət orqanları tərəfindən bu sahədə görülən işlərin müzakirəsi və əlaqələndirilməsi üçün “Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forum keçirilib.

Forumda açılış nitqi ilə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsinə dövlət orqanlarının marağının artırılması, dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və əlaqələndirilməsi, dövlət qulluqçularının təlimə olan tələbatını hərtərəfli ödəyən və müasir tələblərə cavab verən effektli və davamlı təlim sisteminin formalaşdırılması barədə danışıb. Sədr, həmçinin dövlət qulluğuna qəbul zamanı biliyə əsaslanan qiymətləndirmə formasından səriştə əsaslı qiymətləndirmə modelinə keçidlə bağlı məlumat verib.

Daha sonra çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, yeni strateji inkişaf mərhələsində davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, innovativ cəmiyyətin təşviqi, dövrün tələblərinə uyğun təhsil sisteminin inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Bu strateji hədəflərə Dördüncü Sənaye İnqilabının əsas elementlərindən biri olan təlim və təhsilin transformasiyası ilə nail olmaq mümkündür. Elnur Əliyev insan kapitalının inkişafı məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib, dövlət qulluqçularının peşəkarlığının davamlı artırılması məqsədilə Dövlət İmtahan Mərkəzi ilə səmərəli əməkdaşlığı vurğulayıb.

Forum çərçivəsində Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd insan resursları sahəsində əməkdaşlığı, dövlət qulluqçularının peşəkarlığının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi kimi məsələləri əhatə edir.

Forum dövlət orqanları və ali təhsil müəssisələrinin nümayəndələrinin panel çıxışları ilə davam edib. Burada “yaşıl iqtisadiyyat”, “yaşıl dünya” üçün “yaşıl təhsil”, hibrid təhsil, dövlət qulluğunda insan kapitalının inkişafı ilə bağlı məsələlər müzakirə edilib.

İqtisadiyyat Nazirliyinin Təlim Tədris Mərkəzinin İdarə Heyətinin sədri vəzifələrini icra edən Aidə İbrahimova qurumun fəaliyyəti barədə təqdimatla çıxış edib.

Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov “Dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiqi” mövzusunda təqdimat edib. Çıxışda dövlət qulluğuna qəbul və fəaliyyətin qiymətləndirilməsində səriştə modeli və bu sahədə beynəlxalq təcrübə barədə məlumat verilib.

Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin müdiri Elnur Abbasov isə “Təlimlər üzrə vahid elektron idarəetmə informasiya sistemi” adlı təqdimatla çıxış edib. E.Abbasov dövlət orqanlarında təlimlərə tələbat, təlimlərin elektron idarəedilməsi və qiymətləndirilməsi, hesabatlılığın təmin olunması barədə danışıb.

Forumun sonunda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması