30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdamda dəmir beton məmulatlarının istehsalı planlaşdırılır

2024-cü il ərzində Ağdam Sənaye Parkının rezidenti “Veliev” MMC tərəfindən dəyəri 2,5 milyon manat təşkil edən layihə çərçivəsində 200 min kvardatmetr dəmir beton məmulatlarının istehsalı planlaşdırılır.

Bu barədə jurnalistlərə açıqlamasında müəssisənin direktor müavini Ceyhun Vəliyev məlumat verib.

Onun sözlərinə görə, müəssisədə birinci mərhələdə 40 nəfər işlə təmin edilib. Sonrakı mərhələdə iş yerlərinin sayının 80-ə çatdırılması planlaşdırılır.

“Müəssisədə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində istifadə edilir”,- C.Vəliyev əlavə edib.

Qeyd edək ki, müəssisə tərəfindən Parkın ərazisində “Betonist” markası adı altında “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi həyata keçirilir. Layihə çərçivəsində körpülərin, sənaye və yaşayış binalarının tikintisi üçün gərginləşdirilmiş dəmir beton tirlər, kirişlər, fermalar, döşəmə panelləri, üfüqi su novları, dəmir beton dirəklər, müxtəlif növ hasarlar və yaşayış binalarının tikintisi üçün izolyasiyalı panellər və s. istehsal edilir.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?