15 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Standartlaşdırma sahəsində MDB ölkələrində görülən işlər nəzərdən keçirilib

Standartlaşdırma sahəsində MDB ölkələrində görülən işlər nəzərdən keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatçılığı ilə MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (МГС) Dövlətlərarası Texniki Komitələrinin Əlaqələndirilməsi üzrə İşçi Qrupun (РГ МТК) 13-cü iclası və Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyasının (НТКС) 67-ci müşavirəsi keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, 22-23 may tarixlərində hibrid formatda (həm əyani, həm də videokonfrans) təşkil olunan tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və digər ölkələrin standartlaşdırma üzrə milli orqanlarının təmsilçiləri, habelə Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Standartlaşdırma Bürosunun nümayəndələri iştirak ediblər.

İşçi Qrupun (РГ МТК) iclasında 2023-cü il ərzində yerinə yetirilmiş fəaliyyətlər üzrə hesabatlar dinlənilib, mövcud Dövlətlərarası Texniki Komitələrin birləşdirilməsi və tətbiq sahələrinin genişləndirilməsi, eləcə də yeni Dövlətlərarası Texniki Komitələrin yaradılması ilə bağlı məsələlər müzakirə edilib.

Standartlaşdırma üzrə Elmi-Texniki Komissiyanın müşavirəsində (НТКС) isə İşçi Qrupun iclasının nəticələri, habelə 2030-cu ilə qədər olan dövr üçün Dövlətlərarası Şuranın İnkişaf Strategiyasının həyata keçirilməsi üzrə Fəaliyyət Planının icra vəziyyəti, 2024-2025-ci illər üçün Dövlətlərarası Standartlaşdırma Proqramı (ПМС) nəzərdən keçirilib. Bundan başqa, dövlətlərarası standartlaşdırma sahəsi üzrə sənədlərə baxılması prosesi, rəqəmsal həllərin tətbiqi və digər məsələlər də müzakirə olunub.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi, eləcə də digər qurumlar arasında ikitərəfli görüşlər baş tutub.

Qeyd edək ki, MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə əlaqələndirilmiş siyasətin formalaşdırılması və həyata keçirilməsi üzrə MDB-nin hökumətlərarası orqanıdır.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?