25 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

COP29 vahid onlayn rezervasiya platforması təqdim edilib

COP29-a ev sahibliyi edəcək ölkə olan Azərbaycan bu gün vahid onlayn rezervasiya platformasını təqdim edib.

Dövlət Turizm Agentliyinin məlumatına görə, sözügedən platforma iştirakçılara noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Konfransında iştirak üçün hotel və digər yerləşmə vasitələrini rezerv etməyə imkan verəcək.

Rezervasiya platforması tədbirdə iştirak etmək istəyənlər üçün müxtəlif otaq növləri və logistika baxımından əlçatan olması kimi amillər əsas götürülməklə hazırlanıb.

Hazırda sistemdə mövcud olan yerləşmə vasitələri prosesin birinci mərhələsini əhatə edir. Növbəti mərhələlərdə alternativ hotellər və yerləşmə yerləri təqdim ediləcək. Platformaya daxil olan hotellər keyfiyyət, yerləşmə və tədbir üçün təşkil olunacaq nəqliyyat xidmətləri əsasında seçilib. Agentlik tərəfindən 300-dən artıq yerləşmə müəssisəsi audit edilib və onlardan təxminən 200-ü təsnif edilərək ulduz dərəcəsi əldə edib. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırmaq üçün müddət verilib və onlarda təkrar audit həyata keçiriləcək.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?