18 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SİM Dünya İqtisadi Forumu ilə birgə layihələr həyata keçirməyi planlaşdırır

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində Dünya İqtisadi Forumunun Avropa və Avrasiya regionu üçün hökumətlə əlaqələr üzrə icma rəhbəri Aleks Rot, İqlim məsələləri üzrə rəhbər Pedro Qomez və Strategiya və proqram idarəetməsi üzrə aparıcı mütəxəssis Haşendra Vijesina ilə görüş baş tutub.

Mərkəzin məlumatına görə, 4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun DİF ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihə və təşəbbüslər barədə məlumat verib.

Tərəflər COP29 çərçivəsində birgə tədbir, DİF-in “Technology Pioneers” platforması və “Unicorns” icması ilə sıx əməkdaşlıq, “Global Collaboration Village” metavers platformasında enerji və iqlim mövzusunda birgə simulyasiyaların təşkili ilə bağı məsələləri müzakirə ediblər.

“Technology Pioneers” - biznesə və cəmiyyətə əhəmiyyətli təsir göstərməyə hazır olan yeni texnologiyalar və innovasiyaları layihələndirən və inkişaf etdirən ilkin mərhələdə olan startapların platformasıdır.

“Unicorns” - dəyəri 1 milyard ABŞ dollarından çox olan, innovasiyanın önündə gedən və yüksək sürətlə inkişaf edən startapların icmasıdır.

“Global Collaboration Village” - virtual reallıq vasitəsilə real dünya problemlərini həll etmək üçün liderləri bir araya gətirən, gələcək nəsil texnologiya ilə təchiz edilmiş dünyanın ilk genişləndirilmiş reallıq platformasıdır.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?