12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mal qrupları və kateqoriyalar üzrə 39 milli texniki reqlament layihəsi hazırlanacaq

2023-cü ildə təsdiqlənmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üzrə Dövlət Proqramı"nın Tədbirlər Planına uyğun olaraq, müvafiq mal qrupları və kateqoriyalar üzrə 39 milli texniki reqlament layihəsinin hazırlanması nəzərdə tutulur.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quliyev deyib.

O bildirib ki, Tədbirlər Planına əsasən, 2025-ci ilə qədər müvafiq mal qrupları və kateqoriyalar üzrə texniki reqlamentlər qəbul ediləcək. Tədbirlər Planının icrası məqsədilə aidiyyətı qurumların nümayəndələrindən ibarət yaradılmış işçi qrupa müvafiq reqlamentlərin hazırlanması ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq tapşırıq verilib: “İşçi qrupun 2024-cü il üzrə iş planına əsasən, 39 milli texniki reqlamentin layihəsinin hazırlanması nəzərdə tutulur. Layihələr hazırlandıqdan sonra onların aidiyyətı qurumlarla razılaşdırılması, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən ekspertizasının keçirilməsi və hökumətə təqdim edilməsi planlaşdırılır. Texniki reqlamentlə əhatə olunan mallar qeyri-qida mallarını əhatə edəcək. Dövlət Proqramına əsasən, reqlamentlərlə əhatə olunmalı malların siyahısı hazırlanmalıdır. Həmin siyahı İqtisadiyyat Nazirliyi tərəfindən tərtib edilərək artıq aidiyyətı qurumlarla razılaşdırılıb. Siyahı hazırda sonuncu - Dövlət Gömrük Komitəsi ilə razılaşdırılma mərhələsindədir”.

E.Quliyevin sözlərinə görə, texniki reqlamentlər yüngül sənaye, tikinti, tekstil məhsulları, oyuncaqlar, qaz yanacağı ilə işləyən avadanlıqlar, maşın və mexanizmlər, qeyri-qida istehlak mal kateqoriyalarını əhatə edəcək. Texniki reqlamentlərdə yalnız malların təhlükəsizliyinə dair tələblər ehtiva olunacaq: “Reqlamentlərin yerli istehsalçılara müsbət təsiri olacaq. Bu, həm xarici bazarda yerli istehsalçılar tərəfindən istehsal olunan malların rəqabətədavamlılığının artırılmasına, həm mallara dair təhlükəsizlik göstəricilərinin dünya standartlaşdırma sisteminə harmonizasiyası olduğu təqdirdə ticarətin asanlaşdırılmasına, həm də yerli malların idxal malları qarşısında rəqabətədavamlılığının artırılmasına imkan verəcək. Reqlamentlərin tətbiqi idxal olunan mallara münasibətdə də tətbiq olunacaq ki, bu, ölkəyə təhlükəli, reqlamentin tələblərinə uyğun olmayan malların idxalının qarşısını alacaq”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?