8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“AzerGold” QSC-nin ümumi gəliri 1 milyard 232 milyon manatı ötüb

“AzerGold” QSC-nin ümumi gəliri 1 milyard 232 milyon manatı ötüb

“Ölkəmizin dağ-mədən sənayesini təmsil edən “AzerGold” QSC qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda çəkisinin artırılması, ölkəmizin ixrac potensialının yüksəldilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Sözügedən sektor üzrə ixracatçı dövlət subyektləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” bugünədək 412 min unsiya qızıl (12,8 ton), 785 min unsiya gümüşün (24,4 ton) ixracını həyata keçirib. Əlavə olaraq, yerli bazarda 15 min unsiya (0.5 ton) qızıl və 100 min unsiya (3.1 ton) gümüş realizə edilib. Bu əməliyyatlar nəticəsində əldə edilən ümumi gəlir 1 milyard 232 milyon manatı ötüb”.

Bu sözləri “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov İçərişəhərdə Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimində çıxış edərkən deyib.

“AzerGold” QSC-nin ölkəmizin dağ-mədən sənayesinin inkişafı istiqamətində fəaliyyətindən danışan Z.İbrahimov qeyd edib ki, şirkətin hasilat və istehsal fəaliyyəti fonunda yerli icmalarla iş, ətraf mühitin mühafizəsi, sosial-iqtisadi inkişaf kimi vacib sahələrə davamlı töhfələrin verilməsi də əsas məqsədlər sırasına daxildir.

İdarə Heyətinin sədri Səhmdar Cəmiyyətin fəaliyyətinin müasir dövrün çağırışlarına, yerli və beynəlxalq qanunvericiliyə uyğun olaraq təşkil edildiyini vurğulayıb. Onun sözlərinə görə, QSC tərəfindən yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, innovativ həllərin tətbiqi, ekosistemin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılır və gələcəkdə də bir sıra yeniliklər nəzərdə tutulur.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?