16 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Ximqrad Texnopolis tərəfindən birgə şirkət yaradılacaq

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) rəhbərliyi Tatarıstan Respublikasının paytaxtında “Rusiya – İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib.

Forum çərçivəsində Agentlik "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində azad iqtisadi zona və sənaye parkları - beynəlxalq sənaye korporasiyası üçün yeni imkanlar" mövzusunda keçirilən panel sessiyada təmsil olunub. Sessiyada İZİA-nın İdarə Heyətinin sədri ölkəmizdə faəliyyət göstərən sənaye zonaları, burada investorlar üçün yaradılan biznes imkanları barədə təqdimatla çıxış edib.

Həmçinin iqtisadi forum çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın Ximqrad Texnopolis arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

Sazişə əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Ximqrad Texnopolis tərəfindən Azərbaycanda birgə şirkət yaradılacaq. Yaradılacaq şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 10 hektarlıq xüsusi zonanın operatoru qismində Rusiyadan, Tatarıstandan, Özbəkistandan olan iş adamlarının Azərbaycana cəlb olunması və sözügedən sənaye zonasında istehsal müəssisələrinin yaradılmasında aktiv iştirak edəcək.

Bundan başqa, səfər çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi Tatarıstanın Naberejnıye Çelnı şəhərindəki "Kip Master" ASC-nin, Kazan şəhərindəki Ximqrad Texnopolisin, Elabuqa şəhərində yerləşən “Alabuqa” İqtisadi Zonasının fəaliyyət istiqamətləri ilə tanış olub, Rusiya Sənaye Zonaları Assosiasiyasının rəhbərliyi ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?