24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"Rusiya – Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

"Rusiya – Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Tatarıstanın Kazan şəhərində XV "Rusiya – İslam dünyası: KazanForum 2024" beynəlxalq iqtisadi forum çərçivəsində "Rusiya – Azərbaycan: Sənaye və investisiya əməkdaşlığı iqtisadi inkişafın əsası kimi" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bildirib, ölkələrimiz arasında güclənən əməkdaşlığın perspektivləri barədə danışıb. Qeyd edilib ki, Rusiya ilə iqtisadi əlaqələrin güclənməsi fonunda işgüzar dairələrinin tərəfdaşlıq münasibətləri də genişlənir. Mövcud iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması ticarət dövriyyəsinin həcmini daha da artıra bilər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin ticarət əlaqələrinin intensivləşdirilməsi baxımındam əhəmiyyətinə toxunub, layihənin icrası çərçivəsində Azərbaycan tərəfindən görülən işləri diqqətə çatdırıb.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Rusiya ilə Azərbaycan arasında yükdaşımaların həcminin artmasında təmsil etdiyi vilayətin rolunu vurğulayıb, ölkələrimizin nəqliyyat və beynəlxalq daşımalar sektorunda tərəfdaşlığının genişləndirilməsi potensialını yüksək qiymətləndirib.

Dəyirmi masada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iki ölkənin iş adamları arasında əlaqələrin intensivləşdirilməsi, AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov isə Azərbaycanın ixrac və investisiya imkanları barədə çıxışlar ediblər.

Tədbirdə həmçinin Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov, Moskva Ticarət və Sənaye Palatasının prezidenti Vladimir Platonov, "Ximqrad" Texnopolisinin baş direktoru Ayrat Gizatullin və Rusiyanın nəqliyyat-logistika, elektron ticarət və maliyyə sektorlarını təmsil edən şirkət nümayəndələri ikitərəfli əlaqələrin dərinləşdirilməsi haqqında çıxış edib, təqdimatlar keçiriblər.

"KazanForum" çərçivəsində iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Rostov vilayətinin qubernatoru Vasili Qolubev, Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix və Mordoviya Respublikasının başçısı Artyom Zdunov ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Azərbaycanla Rusiyanın regionları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması