23 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tezliklə baza yağları istehsal edən zavodun tikintisinə başlanılacaq

Mayın sonlarında Azərbaycanda tullantı yağlarından müxtəlif markalı baza yağları istehsal edən ilk müəssisənin qurulması üçün tikinti işlərinə başlanılacaq.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Az-Kom Servis” MMC-nin direktoru Afiyəddin Sadıqov deyib.

Onun sözlərinə görə, zavodun 5-6 ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Sumqayıt Kimya Sənaye parkında tikiləcək zavodun fəaliyyətə başlaması üçün təxminən 15-16 milyon manat vəsait tələb olunur ki, bu məqsədlə kredit və şəxsi maliyyə vəsaitindən istifadə ediləcək.

A.Sadıqov qeyd edib ki, müəssisədə istehsal tullantısı olan mühərrik yağları təkrar emal olunacaq: “Avtomobillərdən çıxan, yağdəyişmə məntəqələrində olan tullantı yağlarını yenidən emal edərək 75 faizlik baza yağı əldə edəcəyik. Azərbaycanda bu formada yağ istehsal edən ilk müəssisə olacağıq. Hazırda baza yağları xaricdən idxal edilir, onların yerli bazarda istehsalı yoxdur”.

MMC direktoru əlavə edib ki, yeni zavoddda baza yağları ilə yanaşı, az miqdarda dizel və bitum da istehsal ediləcək.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?