27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İZİA-nın Peşə Təhsil Mərkəzində İngiltərə təcrübəsindən istifadə ediləcək

Azərbaycanda ilk dəfə olaraq peşə təhsil sistemində Böyük Britaniyanın “qaynaq işləri” təcrübəsi modelinin tətbiqinə başlanılır. Belə ki, bu yenilik İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində tətbiq ediləcək.

Mayın 15-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə Böyük Britaniyanın tədqiqat və texnologiya sahələrində uzunmüddətli təcrübəyə malik olan “TWI Ltd” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və "TWI” şirkətinin Azərbaycan filialının direktoru Kərim Şakuri imzalayıblar.

Memorandumda Peşə Təhsil Mərkəzi ilə “TWI Ltd” şirkəti arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbələrin və müəllimlərin şirkətin innovativ layihələrinə cəlb edilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni tədqiqatların aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.

1922-ci ildə əsası qoyulan TWI LTD şirkətinin hazırda 60-dan çox ölkədə filialı mövcuddur və şirkətin ümumilikdə 1000-dən artıq əməkdaşı var. Şirkət tərəfindən dünyada hər il 20 mindən çox tələbəyə 100-dən artıq istiqamətdə təlimlər təşkil edilir.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?