12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir?

Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir? Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) bildirilib ki, əgər mənzil dövlət və ya ictimai mənzil fonduna aiddirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq, vətəndaş daşınmaz əmlakın dövlət reyestrini aparan orqana ərizə və ərizəyə əlavə olunan aşağıdakı sənədlərlə müraciət edir.

1. Mənzil sahəsinə dair order və ya mənzilin kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam;

2. Mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzilə hüququ saxlanılan şəxslərin ərizəsi;

3. Mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma).

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır.

1 oktyabr 2009-cu il tarixindən sonra isə dövlət mənzil fondundan verilmiş yaşayış sahələrinin özəlləşdirilməsi (qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla) nəzərdə tutulmur.

- Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) tərəfindən tikilmiş binadan alınan mənzillərə gəlincə, ilk növbədə həmin mənzilin yerləşdiyi bina üzərində MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Əgər binaya dair MMC-nin adına çıxarış vardırsa, MMC ilə mənzil sahibi arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi olmalıdır. Bundan sonra həmin müqavilə əsasında mənzil sahibi adına çıxarış ala bilər.

- Mənzil-tikinti kooperativindən (MTK) mənzil alanlar mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq üçün (əgər bina istismara qəbul edilibsə) dövlət reyestrini aparan orqana 2 sənəd - mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı və mənzilə dair pay haqqının ödənilməsi və borcun olmadığı barədə maliyyə arayışını təqdim etməlidir.

Dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ əmlakı sığorta, girov, alqı-satqı və digər iqtisadi əməliyyatlar üçün istifadə imkanı yaradır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?