27 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və İtaliya biznes dairələri arasında görüş keçirilib

Bakıda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Ticarət Agentliyinin (ITA) birgə təşkilatçılığı ilə ixracın təşviqi və xarici investisiyaların cəlb edilməsi məqsədi ilə “Azərbaycan və İtaliya – birgə daha yaxşı qida istehsalı naminə” mövzusunda tədbir keçirilib.

AZPROMO-dan verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumları, yerli hakimiyyət orqanları, beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə yanaşı, kənd təsərrüfatı və qida sənayesi sektorunda fəaliyyət göstərən 12 İtaliya şirkəti və Azərbaycanın 100-dək iş adamı iştirak ediblər.

Tədbir zamanı Azərbaycan iqtisadiyyatının diversifikasiyası, beynəlxalq standartlar, kənd təsərrüfatı və sənaye sektorlarında istehsalın artırılması və təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizdə sözügedən sahələrin imkanlarından maksimum effektli yararlanmağın vacibliyi, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Tədbir sahibkarlar arasında B2B formatda görüşlərlə davam edib.

VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir?