19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının Qanununda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması nəzərdə tutulub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, bundan irəli gələrək Azərbaycan Respublikası Prezidentinin 13 may 2024-cü il tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə” təsdiq olunub. Sözügedən əsasnamə reyestrin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını, o cümlədən reyestrin aparılması qaydasını və buraya daxil edilməli olan məlumatların siyahısını müəyyən edir.

Müvafiq əsasnaməyə uyğun olaraq yaradılacaq reyestr KOB-lar, onlara dövlət qurumlarının göstərdiyi xidmətlər və dəstək tədbirləri, fəaliyyətlərinin qiymətləndirilməsi nəticələri barədə məlumatların vahid elektron mənbədən əldə edilməsinə imkan verəcək. Reyestr ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin aparılması Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Reyestr KOB subyektləri barədə zəruri məlumatların operativ əldə olunması, istifadəçilər üçün rahatlığın təmin edilməsi, həyata keçirilən prosedurlar və onların nəticələrinin izlənilməsi mümkünlüyü ilə şəffaflığı təmin edəcək.

KOB subyektləri haqqında müxtəlif məlumatlar, o cümlədən subyektin adı, ünvanı, VÖEN-i, dövlət qeydiyyatına dair dövlət reyestrindəki məlumatlar, əlaqə vasitələri, meyarlara görə bölgü, verilmiş lisenziya və icazələr, fəaliyyət sahəsi, keçirilmiş yoxlamalar (monitorinqlər), dövlət qurumları tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələri və s. reyestrdə öz əksini tapacaq.

KOB subyektləri, reyestrin informasiya proseslərində iştirak edən dövlət qurumları, KOB-lara dəstək infrastrukturunu təşkil edən qurumlar sözügedən reyestrdən istifadə edə biləcəklər.

Reyestrin sahibi və operatoru Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir.

Reyestrdəki məlumatların əldə edilməsinə görə ödəniş tələb olunmur.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?