13 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan – Latviya biznes forumu keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan – Latviya biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, İKT, ticarət və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkələr arasında iqtisadi-ticarət əməkdaşlığının inkişaf etdiyini vurğulayaraq, bu münasibətlərin işgüzar dairələr arasında əlaqələrin intensivləşdirilməsi hesabına daha da gücləndirilməsinin vacibliyini ifadə edib. Nazir müavini Latviyanın Avropa İttifaqının tvinninq proqramları çərçivəsində Azərbaycanla uğurlu investisiya tərəfdaşlığından bəhs edərək bildirilib ki, ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyimizin prioritet istiqamətlərindəndəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün perspektivlər genişdir.

Forumda çıxış edən Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Rayvis Kronberqs ölkəmizlə kənd təsərrüfatı, bərpa olunan enerji, İKT və turizm sektorlarında əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb. Kənd təsərrüfatı sahəsində biznes və təhsil məsələlərində təcrübə mübadiləsi, biznes həllərinin işlənib hazırlanması baxımından əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulanıb.

Tədbirdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın ixrac və investisiya potensialı, Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin məsləhətçisi Romans Naudinş isə ölkəsinin aqraq sahədə təklif etdiyi imkanlar haqqında çıxış ediblər. Forumda həmçinin Latviya şirkətlərinin nümayəndələri tərəfindən təqdimatlar nümayiş olunub.

Tədbir B2B formatda görüşlərlə davam edib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?