9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb

2024-cü ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 8,7 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye məhsulunun 64,6 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,3 faiz artıb.

Emal sektorunda metallurgiya sənayesi məhsullarının istehsalı 55,0 faiz, tikinti materiallarının istehsalı 44,6 faiz, mebel istehsalı 36,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 31,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,5 faiz, içkilərin istehsalı 27,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,5 faiz, tütün məmulatlarının istehsalı 19,2 faiz, geyim istehsalı 19,1 faiz, elektrik avadanlıqlarının istehsalı 17,7 faiz, hazır metal məmulatlarının istehsalı 12,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,6 faiz, əczaçılıq məhsullarının istehsalı 6,4 faiz, neft məhsullarının istehsalı 5,3 faiz, qida məhsullarının istehsalı 0,7 faiz, kağız və karton istehsalı 0,4 faiz artıb, toxuculuq sənayesi məhsullarının istehsalı 8,6 faiz, poliqrafiya məhsullarının istehsalı 8,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 11,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 13,9 faiz, maşın və avadanlıqların istehsalı 16,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 27,3 faiz, sair sənaye məhsullarının istehsalı isə 59,8 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,6 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,2 faiz artıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?