17 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Xorvatiya ilə ticarət dövriyyəsində əhəmiyyətli artım qeydə alınıb

Xorvatiya ilə ticarət dövriyyəsində əhəmiyyətli artım qeydə alınıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Xorvatiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 22,3 dəfə və ya 49,28 milyon ABŞ dolları artaraq 51,5 milyon dolları üstələyib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk rübündə Azərbaycandan Xorvatiyaya 50,4 milyon dollar dəyərində məhsul ixrac edilib. 2023-cü ilin eyni dövründə bu göstərici cəmi 13,1 min dollar olub.

Xorvatiyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 50 faiz və ya 1,4 milyon dollar azalaraq 1,1 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Xorvatiya ilə ticarətin payı 0,53 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,52 faiz bəndi çoxdur.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?