17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Brake systems Azerbaijan” MMC yaxın 3 ayda istehsal gücünü təxminən 30 faiz artırmağı planlaşdırır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına əyləc bəndlərinin istehsalı ilə məşğul olan MMC-nin direktoru Mehman Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, indiyədək istehsala təxminən 1,8 milyon manat investisiya yatırılıb. Yaxın 3 ay ərzində əlavə olaraq 60-70 min dollar investisiyanın yatırılması qarşıya qoyulan əsas məqsəddir. Bu investisiya hesabına yeni avadanlıqlar alınacaq: “Bununla yaxın 3 ayda istehsalımızı genişləndirə biləcəyik. Əlavə investisiya məhz əyləc bəndlərinin istehsalının həcminin artırılmasına yönəlib”.

M.Ağayev qeyd edib ki, əsas hədəfləri yerli bazarda təxminən 20-25 faizlik paya sahib olmaqdır: “Bu, eyni sinifdən olan məhsulların pərakəndə satış qiymətlərinin 15-20 faiz azalmasına gətirib çıxaracaq. Hədəfimiz bu ilin sonu-gələn ilin əvvəlinədək bu nəticəni əldə etməkdir”.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?