7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SAIRO) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmilərlə yanaşı, müdafiə sənayesi, İKT, maliyyə və logistika sahələrini təmsil edən 90-dan çox şirkət nümayəndələri iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakovanın iştirakı ilə keçirilən biznes forumda tərəflər ikitərəfli iqtisadi əlaqələrin səmərəsini yüksəldən birgə fəaliyyət istiqamətlərinin genişləndirilməsi, ticarət, energetika, sənaye, nəqliyyat, turizm sahələri üzrə tərəfdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər. Azərbaycanla Slovakiya arasında investisiya imkanlarının dəyərləndirilməsi, biznes subyektləri arasında əməkdaşlığın və qarşılıqlı sərmayələrin təşviqi barədə müzakirələr aparılıb.

Tərəflər həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və əməkdaşlığın diversifikasiyasının əsas məqsədlərdən olduğunu qeyd edib və bu müstəvidə təşkil olunan biznes forumların iqtisadi-ticarət münasibətlərinə mühüm töhfə verdiyini vurğulayıblar.

Biznes forumda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və SAIRO-nun baş icraçı direktoru Robert Simonçic iki ölkənin investisiya və ixrac perspektivləribarədə məlumat veriblər.

Forum çərçivəsində qurumlar arasında sənədlərin imzalanması mərasimi keçirilib. Slovakiyanın “SEAK s.r.o.” və ITECH GROUP MMC, eləcə də Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və “Eximbank SR” arasında memorandumlar imzalanıb. Sənədlərin icrası tərəflər arasında birgə investisiya imkanlarının qiymətləndirilməsi, biznes, rabitə və kibertəhlükəsizlik, smart texnologiyalar kimi sahələrdə əməkdaşlığın inkişafını təmin edəcək.

Biznes forum B2B formatda görüşlər ilə davam edib.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?